Dad House Residence, Lənkəran şəhəri

About hotel image
Paytaxtımızdan 250 km məsafədə Cənub zonasının ən gözəl bölgələrindən biri olan Lənkəran şəhərinin haftoni qəsəbəsində yerləşən DAD RESİDENCE fərqli dizaynın nümunəsdir. Dağ mənzərəsi və eyni zamanda ideal təchiz olunmuş evlərimizdə rahat və hüzurlu bir istirahət üçün hər bir şərait yaradılmışdır. Bənzəri olmayan təbiətimizin qoynunda siz həm istirahət edə həmdə DAD HOUSE Restoranımızda peşəkar aşpazlar tərəfindən hazırlanan cənubun bütün təamlarından , eləcədə milli yeməklərimizdən dada bilərsiniz. İstər dağ gəzintisi , istər faytonla gəzinti , istərsə də açıq havada film izləyib samovar çayından dadmaq imkanını da sizlər üçün yaratmışıq.Həmçinin burada göl kənarında manqal hazırlayıb təbiətin dadını çıxara bilərsiniz. Şəhərin bütün tozlu havasından , səs küyündən uzaqlaşıb hüzurlu bir məkan axtaran hərbir qonağa qapımız açıqdır.
Daha ətraflı