Residensimizə gəlməkdə məqsədiniz iş toplantısı, tətil, əyləncə və ya gözəl bir axşam yeməyi ola bilər. Ziyarətinizin səbəbindən asılı olmayaraq residensimiz yüksək səviyyədə ixtisaslaşmış işçi heyəti, sizin hər cür istirahət ehtiyaclarınızı təmin etməkdən məmnun olacaq.
Giriş saatı | 15:00 |
Çıxış saatı | 12:00 |
Rezervasiyanın ləğvi |
. |
QONAQLAMA ŞƏRTLƏRİ
Qonaqlar bu şərtləri rezervasiya etdikdə qəbul etmiş sayılırlar.
*Otaqlara giriş saat 15:00 başlayır. Residence-dan çıxış saatı ən gec 12:00-dır. Residence-in uyğunluğu ile əlaqədər olaraq icazə verilən saatdan gec çıxışlarda, otaq üçün saat 18 :00 a kimi əlavə ödəniş tələb olunacaqdır. .( Ödəniş 100 azn )
.
Qonaqlar vaxtından əvvəl reservasiyanın ləğvini tələb edərsə, səbəbini rəsmi imzalanmış və möhürlənmiş səbəb bildirişi ilə (ölüm aktı, xəstəxana arayışı, məzuniyyətin ləğvi barədə bildiriş və s.) sənədləşdirməlidir. Belə halda ödənişin 50% və minimum 15 iş günü həftəsi ərzində qaytarılması mümkün ola bilər.
*Qonaqların residence-da siqaret çəkməsi qadağandır. Siqaret yalnız balkonda çəkə bilərsiz. Qonağın siqaret çəkdiyi aşkar edilərsə, 100 azn cərimə olunur.
*Qəlyanın istifadəsi isə qəti qadağandır !
*Otaqınızdaki mətbəx 6 nəfər üçün nəzərdə tutulmuş mətbəx ləvazimatları ilə təmin edilmişdir. Otaqlarda zərər görən əşyalara görə ( əşyanın dəyərinə görə yazılmış qiymət ) ödəniş etməlisiniz.!
. Residence-a yemək və içki servisi 09:00-23:00 saatları arasındadır. Ödəniş qapıda bank kartı və ya nəğd pul şəkilində ödənilə bilər. (Əgər bazar ertəsi hər hansı bir bayram və özəl günə təsadüf etmirsə o zaman DAD House restoran fəaliyyət göstərmir) . *. Bu səbəbdən həmin gün oteldə qalan qonaqlara yalnızca səhər yeməyi (əgər sifariş edilibsə ) saat 09:00 – 11 :00 arasında servis olunur.
*Residence otaqlarında qalan əşyaların zərərinə görə heç bir halda məhsuliyyət daşınmayacaq.
*Residence aid dayanacağımız mövcuddur. Avtomobillərin və avtomobillərin içindəki əşyaların hər hansı bir zərərə məruz qalması halında məhsuliyyət daşımırıq.
*Otaqlara ağrıkəsici dərmanlar verilmir..
*Residence qonaqlarının əlavə qonaqları gəldikdə görüş üçün Dad House restoranı və ya Xanım çayxanasında qəbul edə bilərlər. Lakin Residence’də qonaq qəbulu ( nəfər sayına görə ) ödənişlidir .!